Siyəzən sakini dəm qazından boğularaq ölüb

09:32 - 16 Noyabr 2020 - HADİSƏ

Siyəzəndə dəm qazı bir nəfərin həyatına son qoyub.

APA –nın verdiyi məlumata görə, hadisə Siyəzənin Xətai küçəsində qeydə alınıb. Siyəzən rayon sakini, 1970-ci il təvəllüdlü Kərimova Arzu Hüseyn qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti