Türkiyədə koronavirusdan 89 nəfər dünyasını dəyişib

21:24 - 15 Noyabr 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 89 nəfər dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 507 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 3 223 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 414 278 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 561 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 353 663 nəfər təşkil edir.

Xəbər xətti