Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

21:49 - 12 Noyabr 2020 - DÜNYA

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 88 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 148 482 şübhəli koronavirus testindən keçib, onlardan 2841-nin cavabı pozitiv çıxıb, 2181 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3230 nəfər olub.

Türkiyədə indiyədək 404 894 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 233 nəfər ölüb.///Apa

Xəbər xətti