Paşinyanın evindən oğurluq edənlər saxlanıldı

16:33 - 12 Noyabr 2020 - DÜNYA

Ermənistanın Qarabağda məğlubiyyətindən sonra Baş nazir Nikol Paşinyanın İrəvandakı iqamətgahına hücum edən 3 nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xatırladaq ki, Nikol Paşinyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasını açıqlamasından sonra İrəvanda etirazçılar baş nazir və ailəsinin yaşadığı iqamətgaha hücum etmişdilər. N. Paşinyan etirazçılar tərəfindən kompüter, saat, ətir və sürücülük vəsiqəsinin oğurlandığını açıqlamışdı.

 

Xəbər xətti