Ankara və London Qarabağı müzakirə edib

10:30 - 12 Noyabr 2020 - DÜNYA

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Böyük Britaniyanın Məxfi kəşfiyyat xidmətinin (MI6) rəhbəri Riçard Murla görüşüb.

Görüş zamanı Dağlıq Qarabağ məsələsi və Liviyadakı hazırkı vəziyyət ətraflı müzakirə olunub.

Tərəflər təhlükəsizlik və xarici siyasət sahəsində əməkdaşlıq, eləcə də Türkiyə ilə Böyük Britaniya arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıb.///trend

 

Xəbər xətti