Gürcüstanda rekord sayda koronavirusa yoluxma və ölüm

11:59 - 11 Noyabr 2020 - DÜNYA

Gürcüstanda son 24 saat ərzində daha 2911 nəfərdə “COVID-19” aşkarlanıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 66 min 561-ə çatıb. Sutka ərzində daha 44 nəfərin xəstəlikdən vəfat etməsi ilə gündəlik ölüm hallarının sayında rekord qeydə alınıb.

Xəstəlik səbəbindən ümumilikdə 566 nəfər həyatını itirib. Sağalanların sayı isə 49 min 811 nəfərdir.

Xəbər xətti