Britaniya Qarabağla bağlı razılaşmaya münasibət bildirdi

09:59 - 11 Noyabr 2020 - DÜNYA

Böyük Britaniya Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa dair sülh razılaşmasından razıdır.

Bu barədə Britaniyanın xarici işlər naziri Dominik Raab özünün tvitter hesabında yazıb.

“Tərəflər qan tökülməsinin qarşısını almaq üçün çətin qərar qəbul ediblər”, - deyə Raab bildirib.

Birləşmiş Krallığın xarici işlər naziri qeyd edib ki, bütün tərəflər vətəndaşların rifahı naminə davamlı sülhə nail olmaq üçün birlikdə çalışmalıdırlar.///qafqazinfo

Xəbər xətti