ABŞ-da koronavirusa yoluxanların sayı 10 milyon nəfəri ötüb

09:18 - 10 Noyabr 2020 - DÜNYA

ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 10 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ABŞ-da koronavirusa 10 018 278 nəfər yoluxub. Koronavirusa yoluxanlardan 237 742 nəfəri vəfat edib.

Xəbər xətti