Türkiyədə son sutkada 85 nəfər COVİD-19-dan dünyasını dəyişib

23:24 - 9 Noyabr 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) 85 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 10 972 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 576 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 396 831 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 047 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 340 286 nəfər təşkil edir.

Xəbər xətti