NATO baş katibi Co Baydeni qələbə münasibətilə təbrik edib

23:16 - 7 Noyabr 2020 - DÜNYA

NATO-nun baş katibi Yens Stoltenberq Demokratlar Partiyasından namizəd Co Baydeni ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, NATO rəhbəri bu barədə sosial şəbəkədəki hesabında yazıb.
"Cozef Bayden və Kamala Harris, sizi ABŞ-ın növbəti prezidenti və vitse-prezidenti seçilməniz münasibətilə təbrik edirəm", - o özünün tvitterdəki hesabında yazıb.

Xəbər xətti