"Sabah" - "Zirə" matçının vaxtı açıqlandı

16:31 - 6 Noyabr 2020 - DÜNYA

Azərbaycan Premyer Liqasında IX turun “Sabah” - “Zirə” matçının vaxtı müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüş noyabrın 8-də keçiriləcək.

"Bank Respublika Arena" oynanılacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, bu günə planlaşdırılan oyun Masazır təmsilçisinin bəzi futbolçularında koronavirus şübhəsi təsbit edildiyi üçün təxirə salınıb.

Xəbər xətti