ABŞ Ərəbistana 18 yeni döyüş dronu satmağı planlaşdırır

07:52 - 6 Noyabr 2020 - DÜNYA

ABŞ Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2,9 milyard dollar dəyərində 18 yeni döyüş pilotsuz uçuş aparatı (Dron) satmağı planlaşdırır.

Ucnoqta.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti Konqresə qeyri-rəsmi xəbərdarlıq edib.

Bildirilir ki, silah satışı BƏƏ ilə İsrail arasında münasibətlərin normallaşması ilə əlaqəlidir.

Bundan öncə, Donald Tramp administrasiyası, BƏƏ-yə F-35 təyyarələrinin tədarük etmək niyyətində olduğunu Konqresə qeyri-rəsmi xəbərdarlıq göndərmişdi.

 

Namiq Musayev

Xəbər xətti