Türkiyədə son sutkada 2311 nəfər koronavirusa yoluxub

20:29 - 5 Noyabr 2020 - DÜNYA

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 81 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 146 028 şübhəli koronavirus testindən keçib, onlardan 2311-nin cavabı pozitiv çıxıb, 1741 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  2564  nəfər olub.   

Türkiyədə ümumilikdə 386 820 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 639 nəfər ölüb.///Apa

Xəbər xətti