Dünyada COVİD-19-a yoluxanların sayı 48 milyonu keçdi

08:12 - 5 Noyabr 2020 - DÜNYA

Dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı 48 milyonu ötüb. Ucnoqta.az xəbər verir ki, bu barədə Jhons Hopkins universiteti federal, yerli hakimiyyət orqanlarına və digər açıq KİV mənbələrinə istindən məlumat verir.

Universitetin son məlumatına görə, dünyada COVİD-19-a yoluxanların sayı 48 005 784 nəfərə olub. Pandemiya başlayandan bu günə kimi 1 224 111-i dünyasını dəyişib, 34 444 218-i isə sağalıb.

Koronavirusa yoluxma ən çox ABŞ-da qeydə alınıb, 9 694 176 nəfər. Həmçinin ən çox yoluxan ölkələr sırasına, Hindistan (8 316 588), Braziliya (5 567 126), Rusiya (1 693 454), Fransa (1 502 763), İspaniya (1 331 756), Argentina (1 195 276), Kolumbiya (1 099 392), Böyük Britaniya (1 073 882) və Meksika (938 405) daxildir.

 

Namiq Musayev

Xəbər xətti