Marneulidə ana və oğlunu qətlə yetirilməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
APA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Şöbəsi məlumat yayıb.
Bildirilir ki, şübhəli şəxslər - 1982-ci il təvəllüdlü ata və onun 2004-cü il təvəllüdlü oğludur. Onlardan ov tüfəngi götürülüb. Saxlanılan ata və oğlu qətlə yetirilən şəxslərin qonşuluğunda yaşadığı bildirilib.
***
saat 11:06
Marneulinin Axlolalo kəndində öldürülən azərbaycanlı ana və 22 yaşlı oğlunun qisas zəminində qətlə yetirildiyi məlum olub.
Bu barədə APA-nın yerli bürosuna kənd sakinləri məlumat veriblər.
Bildirilib ki, Axlolalo kənd sakini M.Ə öz əmisinin həyat yoldaşını və 22 yaşlı əmisi oğlunu odlu silahdan atəş açaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.