Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Axlolalo (Axıllı) kəndində iki nəfər qətlə yetirilib.
APA xəbər verir ki, öldürülən şəxslərin ana və 22 yaşlı oğlu olduğu bildirilir.
Onların odlu silahdan açılan atəşlə qətlə yetirildiyi deyilir.
Polis faktla bağlı araşdırmalara başlayıb.