Ağdamda minik avtomobili mikroavtobusla toqquşub

08:31 - 3 Noyabr 2020 - HADİSƏ

Ağdam rayonunun Eyvazlı kəndində “VAZ” markalı minik avtomobili və "QAZel" markalı mikroavtobus toqquşub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə "QAZel" markalı mikroavtobusun yanacaq çəni yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Xəbər xətti