ABŞ rəsmi olaraq ÜST-dən çıxdı

17:57 - 2 Noyabr 2020 - DÜNYA

ABŞ rəsmi olaraq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxıb.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə təşkilata artıq məlumat verilib. ABŞ Dövlət Departamentində isə ölkənin 2021-ci ilin iyul ayında ÜST-dən çıxacağı bildirilib.

ABŞ Prezidenti Donald Tramp ÜST-ün pandemiya dövründəki fəaliyyətini tənqid edib.
O,  təşkilatın lazımi islahatları aparmaqdan imtina etdiyi üçün ölkənin ÜST-lə əlaqələrini sona çatdırdığını bildirib.

ABŞ Prezidenti ÜST-ü dəfələrlə koronavirus epidemiyasının miqyasını Çinin maraqları naminə gizlətməkdə günahlandırıb.///oxu.az

Xəbər xətti