İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 91 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)

17:07 - 2 Noyabr 2020 - DÜNYA

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 91 nəfərə çatıb.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

X X X

12:10

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 83 nəfərə çatıb

Trend-in məlumatına görə, Ətraf Mühit və Şəhərsalma Nazirliyindən bildirilib ki, zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.

Xatırladaq ki, 30 oktyabrda İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə ciddi uçqunlara səbəb olub.

 

Xəbər xətti