Rusiyada koronavirusa daha 18 665 nəfər yoluxub

20:26 - 1 Noyabr 2020 - DÜNYA

Rusiyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 18 665 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 636 781 nəfərə çatıb.
Məlumata əsasən, son sutka ərzində koronavirusdan 10 259 nəfər sağalıb, 245 nəfər isə vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan öləblərin sayı 28 235 nəfər, sağalanların sayı isə 1 225 673 nəfər təşkil edir.

Xəbər xətti