Rusiyada son sutka 18 140 nəfər virusa yoluxub

14:03 - 31 Oktyabr 2020 - DÜNYA

Rusiyada koronavirusa yoluxanların sayı 1,61 milyon nəfəri keçib.

Ölkədə son sutka ərzində 18 140 nəfər virusa yoluxub, 334 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 618 116 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 27 990 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 215 414 nəfər virusdan sağalıb, 374 712 nəfərin müalicəsi isə davam edir.///trend

Xəbər xətti