İzmirdə zəlzələ nəticəsində xəsarət alanların sayı 831 nəfərə çatıb

13:09 - 31 Oktyabr 2020 - DÜNYA

İzmir şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 831 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda səkkiz binada axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından 100 nəfər xilas edilib.

Xəbər xətti