Avtobusda bir şəxs, ondan maska taxmasını tələb edən sərnişini tapança ilə vurub. Ucnoqta.az xəbər verir ki, insident Rusiyanın Velikom Novqorod şəhərində qeydə alınıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Məlumata görə, avtobus konduktoru bir şəxsdən maska taxmağı xahiş edib. Lakin o, qoruyucu vasitədən istifadə etməkdən imtina edib. Ardınca, başqa bir sərnişin də qaydalara riayət etməyən kişiyə irad bildirərək avtobusdan düşməsini istəyib. Ancaq bu dəfə o, əsəbiləşib və ona irad bildirən sərnişinin öncə sifətinə bir neçə zərbələr endirib, daha sonra isə üzərində gəzdirdiyi travmatik tapança ilə onu ayağından vurub.
Hadisə yerinə gələn polis əməkdaşları yaralıya ilkin tibbi yardım göstəriblər. 36 yaşlı cinayətkar isə saxlanılaraq şöbəyə aparılıb.
Faktla əlaqədar ona “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.
Namiq Musayev