Vladimir Zelenski Türkiyəyə işgüzar səfər edəcək

17:10 - 15 Oktyabr 2020 - DÜNYA

Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 16-da Türkiyəyə işgüzar səfər edəcək.

Məlumatı Ukrayna prezidentinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, səfər zamanı V.Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Məlumata görə, danışıqlar çərçivəsində liderlər ikitərəfli əməkdaşlığa dair məsələləri müzakirə edəcək və bir sıra sənəd imzalanacaq.///report

Xəbər xətti