Ermənistan iqtisadiyyatı kəskin azalacaq - BVF

12:49 - 15 Oktyabr 2020 - DÜNYA

2020-ci ilin yekunlarına əsasən Ermənistanın ümumi daxili məhsulu 4,5 faiz azalacaq.


Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatında qeyd olunur.

Aprel ayında bu proqnoz 1,5 faizə bərabər idi.

Bundan başqa, BVF Ermənistanda işsizlik səviyyəsinin 22,3 faizə çatacağını proqnozlaşdırıb. Beləliklə, Ermənistanda hər 5 nəfərdən biri işsiz hesab olunacaq. Bundan əvvəlki proqnoz 19 faiz səviyyəsində idi. Ötən il ölkədə işsizlik səviyyəsi 18,9 faizə çatmışdı.

Xəbər xətti