Əfqanıstanda iki hərbi vertolyotun toqquşması nəticəsində 15 nəfər həlak olub. Ucnoqta.az xəbər verir ki, hadisə Qilmend əyalətində qeydə alınıb. Bu barədə oktyabrın 14-də “Tolo News” telekanalı məlumat yayıb.
Məlumat görə, qəza vertolyotların xüsusi təyinatlıları endirib və təhlükəsizlik xidmətinin yaralı əməkdaşlarını göyərtəyə götürən zaman baş verib.
Namiq Musayev