Düşmən Füzuli rayonunun yaşayış məntəqələrini raket atəşinə tutdu - FOTO

13:07 - 14 Oktyabr 2020 - HADİSƏ

Ermənistan silahlı qüvvələri Füzuli rayonunun kəndlərini atəşə tutmaqda davam edir.

Trend-in verdiyi məlumata görə, ermənilər rayonun Kürdmahmudlu və Alıxanlı kəndlərini "Smerch" tipli raketlərdən atəşə məruz qoyub.

Hadisə nəticəsində rayonun Kürdmahmudlu kəndində 20-yə yaxın evə ziyan dəyib. Həmçinin Alıxanlı kəndində də bir neçə ev yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Xəbər xətti