Türkiyədə saxta içki 44 nəfərin həyatına son qoydu

11:10 - 14 Oktyabr 2020 - DÜNYA

Türkiyədə 9 oktyabrdan etibarən saxta içkidən ölüm halları 44-ə çatıb.

 8 vilayətdə qeydə alınan saxta içkidən zəhərlənmə halları nəticəsində daha 50 nəfər ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, Türkiyədə 1 noyabrdan etibarən qadağan olunması nəzərdə tutulan etil spirti üçün tələbin artması və qiymətin bahalaşması ilə saxta içki istehsalçılarının onun yerinə metil spirtindən istifadə etməsi zəhərlənmə və ölümlərə yol açıb.

Xəbər xətti