Ermənilər Tərtərdə AZTV-nin əməkdaşlarını atəşə tutdu, sürücü xəsarət aldı - Foto

10:11 - 14 Oktyabr 2020 - HADİSƏ

Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub.

Trend-in məlumatına görə, hadisə rayonun Düyərli kəndində baş verib. Azərbaycan Dövlət Televiziya və Radio Verlilşləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub. Hadisə nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nayihəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.


Xəbər xətti