Bakıda bıçaqlanma olub

09:44 - 12 Oktyabr 2020 - HADİSƏ

Bakının Xətai və Qaradağ rayonlarında bıçaqlanma hadisələri baş verib.

 Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınmış hadisələrin birində 1983-cü il təvəllüdlü Məhərrəmov Zaur Mehman oğlu tanıdığı şəxsin hücumuna məruz qalıb. Yaralı döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Digər bıçaqlanma Suraxanı rayonunda qeydə alınıb. Suraxanı qəsəbəsində 1997-ci il təvəllüdlü Müslümlü İlqar Abil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.///Apa

 

Xəbər xətti