Hacıqabulda avtomobil betona çırpılıb- xəsarət alanlar var

23:52 - 11 Oktyabr 2020 - HADİSƏ

Hacıqabulda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.
“Hyundai” markalı 10-CR-711 dövlət qeydiyyat nişanlı avtomobilin beton dirəyə dəyərək aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti