İranda daha 251 nəfər koronavirusdan ölüb

15:35 - 11 Oktyabr 2020 - DÜNYA

İranda ötən sutka ərzində 251 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sima Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 28544  nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3822 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 500075  nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 406389 nəfər koronavirusdan sağalıb.

Xəbər xətti