Şimali Koreya yeni silahlarını nümayiş etdirib

17:48 - 10 Oktyabr 2020 - DÜNYA

Şimali Koreya paytaxtı Pyonqyanq şəhərində Koreya Əmək Partiyasının 75-ci ildönümü münasibətilə keçirilən hərbi paradda bir sıra yeni silahlar nümayiş olunub. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, dövlət TV tərəfindən reportaj aparıldığı tədbir zamanı ABŞ-ın qitə ərazisini vurmaq iqtidarında olan “Huasong-15” ballistik raketinin daha böyük olan bənzəri də göstərilib. Bununla yanaşı, paradda nümayiş olunan “Pukquksonq 4A” tipli raketlər Cənubi Koreya ekspertlərinin fikrincə sualtı qayıqlarından da buraxıla bilər. Paradda nitq söyləyən Dövlət Şurası sədri Kim Çen In artıq hər cür təhdidləri dəf etmək imkanı yaradan müasir silahlara malik olduqlarını, ölkənin müdafiə qabiliyyətinə öncül diqqət yetirdiklərini vurğulayıb.

Xəbər xətti