Bakıda yaşayış binasında yanğın olub

10:20 - 10 Oktyabr 2020 - HADİSƏ

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 70 kvadrat metr olan mənzildə 20 kvadrat metr sahədə döşəmə və 4 ədəd qapı yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 4 kvadrat metr sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti