Yevlaxda avtomobil aşıb- 5 nəfər yaralanıb

10:06 - 10 Oktyabr 2020 - HADİSƏ

Yevlax rayonunda minik avtomobilinin aşması nəticəsində 5 nəfər yaralanıb.

Hadisə Aran qəsəbəsi yaxınlığından keçən avtomagistralda baş verib. İdarəetmədən çıxan minik avtomobili aşıb.

Qəza nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar – 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlkin Rəimov, 1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Rizvan Vəliyev, 1996-cı il təvəllüdlü Tərtər rayon sakini Mahir Hüseynli, 1994-cü il təvəllüdlü Tərtər rayon sakini Nahid Zülqədərli və 1989-cu il təvəllüdlü Tərtər rayon sakini Nahid Qasımov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti