Sumqayıtda zavodun həyətində yanğın baş verib

21:19 - 9 Oktyabr 2020 - HADİSƏ

Bu gün saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azkompozit” zavodunun həyətində toplanmış müxtəlif tərkibli materialların alışması nəticəsində güclü yanğın hadisəsi baş verib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat iidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, ətrafa və atmosferə yayılması ehtimal olan tullantıların tərkibini və həcmini müəyyən etmək üçün monitorinqlər keçirilir. Nəticələr barədə əlavə məlumat veriləcək.

Xəbər xətti