Bakıda yük maşını aşaraq yanıb

16:42 - 9 Oktyabr 2020 - HADİSƏ

Bakıda yol kənarına aşan yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xəzər rayonunda “ZİL” markalı yük avtomobili yol kənarına aşıb.

Nəticədə avtomobilin kabinə hissəsi və qabaq təkərləri yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti