Bakıda kişi yaşadığı evdə qətlə yetirilib

12:55 - 9 Oktyabr 2020 - HADİSƏ

Bakıda kişi yaşadığı mənzildə qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin16-cı Polis Bölməsinə sentyabrın 24-də Tahir Tağıyevin qətlə yetirilmiş meyitinin yaşadığı mənzildə tapılması barədə daxil olan məlumatla əlaqdar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər xətti