Qırğızıstanda hökumət istefaya getdi

12:12 - 9 Oktyabr 2020 - DÜNYA

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov hökumətin və baş naziri Qubatbek Boronovun istefası haqqında fərman imzalayıb.

TASS-ın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti xəbər yayıb.
İstefaya göndərilən Qırğızıstan hökumətinin üzvləri yeni kabinet qurulana qədər vəzifələrinin icrasını davam etdirəcəklər.

Xəbər xətti