Yevlaxda avtomobil aşıb -bir nəfər ölüb

14:43 - 8 Oktyabr 2020 - HADİSƏ

Yevlaxda baş verən avtoqəzada bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 7-də saat 23 radələrində rayon ərazisində Z.Hüseynov idarə etdiyi “Niva-Chevrolet” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişini Məhəmməd Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Xəbər xətti