Rusiyada koronavirusdan ölənlərin sayı 22 mini ötüb

13:04 - 8 Oktyabr 2020 - DÜNYA

Rusiyada son sutka ərzində daha 11 493 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 260 112 nəfərə çatıb.

Son sutka ərzində 191 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 22 056 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Xəbər xətti