Qubada ev yanıb, 88 yaşlı kişi ölüb

10:15 - 8 Oktyabr 2020 - HADİSƏ

Quba rayonunun Ördüc kəndində ümumi sahəsi 80 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları və və əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1932-ci il təvəllüdlü Qeyibov Səfərəli Hacəli oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.///trend

 

Xəbər xətti