BBC-nin Paşinyana beynəlxalq hüquq dərsi

17:57 - 7 Oktyabr 2020 - DÜNYA

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi əməliyyatı Ermənistan hakimiyyətini çaşbaş vəziyyətə qoyub. Elə şərait yaranıb ki, bu ölkənin baş naziri Nikol Paşinyan beynəlxalq sənədləri təhrif etməyə, hətta onları görməzliyə vurmağa başlayıb.


Müşahidələr göstərir ki, xarici KİV-ə müsahibələrdə o, özünü itirir, yalan danışır, saxtakarlıq edir. Bununla Nikol həm də savadsızlığını, xüsusilə dövlət və hökumət başçısının mütləq bilməli olduğu mətləblərdən xəbərsizliyini büruzə verir.

Məlum olur ki, Nikol Paşinyan beynəlxalq hüquqdan xəbərsizdir. O, dövlətlərarası münasibtələri tənzimləyən bu sahəni heçə sayır. Nikol Paşinyanın savadı Ermənistan ictimaiyyəti üçün yetərli sayıla bilər. Ancaq o, Ermənistandan kənara çıxanda bu ölkənin təhsil sisteminin yarıtmazlığını təsdiqləyir.

Paşinyan savadsızlığını oktyabrın 6-da “BBC World News”a müsahibəsində də büruzə verib.

Jurnalistin “ermənilərin nəzarət alıtnda olan Dağlıq Qarabağa bitişik rayonların geri qaytarılması” məsələsi ilə bağlı sualını cavablandıran Paşinyan deyib ki, bu mövzu 2013, 2015-ci illərdən və bu vaxtadək müzakirə olunub. Onun sözlərinə görə, “Azərbaycanın ucbatından” bu ideya baş tutmayıb.

Bu arada onun yaddaşını təzəlmək yerinə düşür. Paşinyanın “boz kardinalı”, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın hakimiyyəti illərində bu məsələ həyata keçmək üzrə idi. Onda Ermənistandakı siyasi qüvvələr xarici havadarlarının dəstəyi ilə Petrosyanın istefasına nail olmaqla bu məsələni arxivə göndərdi. Bununla da Ermənistan işğal altında olan 7 rayonu qaytarmaqdan yayındı və həmin məsələ unuduldu. Azərbaycan tərəfi bu məsələni sonralar gündəliyə çıxarsa da Ermənistan bundan imtina etdi. Hətta Levon Ter-Petrosyan istefa verdikdən sonra müsahibələrində bildirmişdi ki, 7 rayon qaytarılsa idi, vəziyyət normallaşacaqdı. O, belə bir fürsətin əldən verildiyini də vurğulamışdı.

Nikolun bu məsələdə Azərbaycan tərəfini ittiham etməsi onun yalan danışmaq xislətindən irəli gəlir. Öz vətəndaşlarına yalan danışıb, vədlər verməyə adət etmiş Paşinyan bununla “BBC” izləyicilərini də aldadacağını ehtimal edir.

Xəbər xətti