Poroşenkonun vəziyyəti kəskin pisləşib

14:51 - 7 Oktyabr 2020 - DÜNYA

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun vəziyyəti kəskin pisləşib.

Bu barədə onun həyat yoldaşı Marina Poroşenko bildirib. Sabiq prezident hazırda xəstəxanada koronavirusdan müalicə olunur. Həkimlər onda ikitərəfli ağciyər iltihabı aşkar edib.

Qeyd olunur ki, onunla bərabər koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilmiş qızının vəziyyəti yüngüldür.

Pyotr Poroşenkonun sentyabrın sonunda koronavirusa yoluxduğu elan edilmişdi.

Xəbər xətti