Türkiyədə koronavirusdan sağalanların sayı 290 minə çatır

22:40 - 6 Oktyabr 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 55 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 553 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 511 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 327 557 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 229 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 287 599 nəfər təşkil edir.

Xəbər xətti