Dağıstan rəhbəri istefa verib

17:59 - 5 Oktyabr 2020 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Vladimir Vasilyevin istefasını qəbul edib və onu özünə məsləhətçi təyin edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Putin Sergey Melikovu Dağıstanın müvəqqəti başçısı vəzifəsinə təyin edib.

Xəbər xətti