Bayden növbəti dəfə koronavirusdan test verib

08:50 - 5 Oktyabr 2020 - DÜNYA

ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd Cosef Bayden koronavirusla bağlı yenidən test verib.

Bu barədə “Associated Press” siyasətçinin seçki qərargahının açıqlamasına istinadən məlumat verib.
Bundan əvvəl, Bayden, ABŞ-ın hazırki prezidenti Donald Trampda koronavirus aşkarlandıqdan sonra, gün ərzində infeksiya ilə bağlı iki dəfə test verib. Hər iki testin nəticəsi sonuncusu kimi mənfi olub.

Qeyd edək ki, ötən çərşənbə axşamı, Bayden Ohayo ştatının Klivlend şəhərində Tramp ilə ilk seçkiqabağı televiziya debatında iştirak edib. Lakin debatda lazımi tədbirlər görülmüşdü. Xüsusilə, namizədlər əvvəlcədən tərəflər arasında ələ edilən razılaşmaya əsasən səhnəyə çıxarkən əl ilə görüşməyiblər.///report

Xəbər xətti