Bakıda avtomobil altı yaşlı uşağı vurdu

20:47 - 22 Sentyabr 2020 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 7-ci mikrorayonda evlərinin yanında yolu keçən 2014-cü il təvəllüdlü Həsənova Rəna Nicat qızını minik avtomobili vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti