Rusiyanın Tver bölgəsində “Su-30” qırıcısı təlim uçuşu zamanı qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” Qərb Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, təyyarə meşəyə düşüb, yerdə heç bir dağıntı yoxdur.
Pilotlar katapult edərək yerə endikdən sonra əlaqə yaradıblar.