Mingəçevirdə əri tərəfindən bıçaqlanan qadın bu gün xəstəxanada ölüb

09:28 - 17 Sentyabr 2020 - HADİSƏ

Sentyabrın 8-də Mingəçevirdə aptekdə əri tərəfindən bıçaqlanan qadın bu gün xəstəxanada dünyasını dəyişib. 

APA-nın məlumatına görə, 1980-ci il təvəllüdlü, şəhər sakini Könül Mirzəyevanın həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gecə saatlarında dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb. 

 

Xəbər xətti